...

Daxili İşlər Naziri Daxili Qoşunlarının əsgərləri qarşısında çıxış edib

Siyasət Materials 2 Avqust 2006 17:41 (UTC +04:00)

Avqustun 2-də Azərbaycanın daxili işlər naziri qeneral-polkovnik R.Usubov Daxili Qoşunların Xızıdakı Təlimi Mərkəzində əsgərlər qarşısında çıxış edib. Trend in xəbərinə görə, nazir Daxili Qoşunların (DQ) əsgərlərinin döyüş hazırlığından razı qaldığını bildirib.

"Təqribən bir il əvvəl burada təlim mərkəzinin yaradılmasına başlanıldı. Müasir standartlara cavab verən tədris mərkəzi yaradıldı. Terrorçu, silahlı qrupların zərərləşdirilməsi üçün belə bir təlim mərkəzinə ehtiyac vardır. Mən buradakı şəraitlə tanış oldum, təlim-məşqləri müşahidə etdim, çox məmnun qaldım ki, əsgər, gizir, zabit heyəti yüksək peşəkarlığa malikdir. Bütün bunların hamısı Silahlı Qüvvələrin Ali Baş Komandanının Silahlı Qüvvələrin şəxsi heyətinə daimi qayğısının və yüksək tələbkarlığının nəticəsidir", - deyə R. Usubov söyləyib.

Nazir həmçinin qeyd edib ki, Daxili Qoşunlarının əsgərləri işğal altında olan torpaqları hər an azad etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti