...

Azərbaycan prezidenti Azərbaycan-Ukrayna hökümətlərarası iqtisadi komissiyanın Azərbaycan tərəfdən yeni tərkibini təsdiq edib

Siyasət Materials 28 Avqust 2006 13:22 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İqtisadi əməkdaşlıq üzrə birgə Azərbaycan-Ukrayna hökümətlərarası komissiyanın yeni tərkibini (Azərbaycan tərəfdən) təsdiq edən sərəncam verib. Bu barədə Trend xəbər verir.

Komissiyaya ölkənin baş nazirinin birinci müavini Yaqub Eyyubov başçılıq edir. Komissiyaya sənaye və energetika naziri Natiq Əliyev, müdafiə sənayesi naziri Yavər Camalov, xarici işlər nazirinin müavini Xələf Xələfov, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, nəqliyyat nazirinin müavini Musa Pənahov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev, Azərbaycanın Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov və Nazirlər Kabinetinin regional iqtisadi əlaqələr şöbəsinin başçısı Kamal İsmayılzadə (məsul katib) daxil olub.

Xəbər lenti

Xəbər lenti