...

Sabirabadda ünvanlı sosial yardım verilir

Siyasət Materials 28 Avqust 2006 16:02 (UTC +04:00)

Hökümətin yoxsuluğun aradan qaldırılması istiqamətində həyata kecirdiyi vacib tədbirlərdən biri də sosial yardımların verilməsidir. Bu məqsədlə Sabirabadda Əhalinin Sosial Müdafiə mərkəzinə 2 min 34 nəfər müraciət edib, 691 sənəd qəbul olunub.

Sənədlərdən 392-si baxılmaq üçün Mərkəzdə yaradılmış komissiyaya təqdim olunub, onlardan 174 nəfərinə müavinət təyin edilib, 22 nəfərə isə imtina olunub. 106 nəfərin sənədlərinə komissiyanın növbəti iclasında baxılacaq. Təyinat aparılmış 174 nəfərə ümumilikdə 8 min 100 manat məbləğində müavinət təyin edilib.

Bununla belə, Sabirabad rayon icra hakimiyyətində keçirilən müşavirədə qeyd edildiyi kimi, sənədlərin qəbulunda, müavinətlərin verilməsində Mərkəzin işçiləri tərəfindən lüzümsüz süründürməçiliyə yol verilir ki, bu da əhalinin haqlı narazılığına səbəb olur.

Eyni zamanda əhalini sosial müdafiə Mərkəzinin tərəfindən 3 min 273 nəfər sosial pensiaçıya, 2 milli qəhraman ailəsinə, 371 müharibə veieranına və şəhid ailəsinə, 123 digər kateqoriyalı insanlara da müavinət verilir.

Xəbər lenti

Xəbər lenti