...

Bakıda AB xətti üzrə yeni saytın və kitabın təqdimatı olub

Siyasət Materials 6 Sentyabr 2006 12:41 (UTC +04:00)

Sentyabrın 5-də Avropa Komissiyasının orqanı olan və Azərbaycanda fəaliyyət göstərən Avropa evində "Hüquq və birliyin əsasları" adlı veb saytın və kitabın təqdimat mərasimi keçirilib. Veb-saytın ünvanı belədir: www.europahouse-az.org.

Trend in xəbər verdiyi kimi, saytın yaradılmasında məqsəd AB və Azərbaycan vətəndaşları arasında dialoqun qurulmasından ibarətdir. Yeni saytda Azərbaycan və AB arasında əməkdaşlıq layihələri və proqramları haqqında məlumatlar, həmçinin, Avropa Qonşuluq Siyasəti ilə bağlı materiallar yerləşdirilib. Məqsəd vətəndaşların birbaşa AB strukturlarına müraciət edə bilməsindən ibarətdir.

Kitab AB hüququnun Azərbaycan dilinə tərcüməsidir. Kitab kitabxanalara, təhsil və dövlət müəssisələrinə, o cümlədən KİV-ə paylanacaq. Bundan başqa, Avropa ölkələri haqqında plakatlar da nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti