...

Ukrayna AB ilə yeni baza sazişinin gücləndirilməsinə təşəbbüs göstərəcək

Siyasət Materials 12 Sentyabr 2006 12:13 (UTC +04:00)
Ukrayna AB ilə yeni baza sazişinin gücləndirilməsinə təşəbbüs göstərəcək

Ukrayna Avropa Birliyi ilə yeni baza sazişinin gücləndirilməsinə təşəbbüs göstərəcək. Trend in Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, bu barədə baş nazir Viktor Yanukoviç Kiyevdə jurnalistlərə bildirib.

"Biz yeni baza sənədinin xeyli güclənməsinə təşəbbüs göstərəcəyik", - deyə baş nazir bildirib.

V.Yanukoviç qeyd edib ki, bu gün onun başçılıq etdiyi Hüquq siyasəti və müdafiə məsələləri üzrə Hökümət komitəsi Ədliyyə Nazirliyində Ukrayna hüquq aktlarının AB standartlarına uyğunlaşdırılması ilə məşğul olacaq departamentin bərpa olunması haqqında qətnamə layihəsini təsdiq edib.

AB ilə münasibətlərdən danışarkən, V.Yanukoviç qeyd edib ki, o, Ukraynanın "əli uzadılmış şəkildə" dayanmasına qarşıdır.

O qeyd edib ki, yeni gücləndirilmiş sazişin hazırlığı çərçivəsində Ukrayna, hər şeydən əvvəl, ÜTT-yə daxil olduqdan sonra Ukrayna və AB arasında sərbəst ticarət zonasının yaradılmasını nəzərdə tutmağı təklif edir. Onun sözlərinə görə, bu, Ukrayna məhsulları üçün çox maraqlıdır, çünki onlar bu gün kifayət qədər tez-tez AB tərəfindən müəyyən ayrı-seçkiliyin olduğunu hiss edirlər.

Baş nazirin sözlərinə görə, bütün bu məsələlər onun Brüssel səfəri zamanı müzakirə olunacaq. Bu zaman o, sentyabrın 14-də Ukrayna -AB Əməkdaşlıq şurasının toplantısında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti