...

AB "Üçlüyü" oktyabrın 2-3-də Azərbaycana səfər edəcək

Siyasət Materials 13 Sentyabr 2006 16:28 (UTC +04:00)

Cənubi Qafqaz ölkələrinə regional turne çərçivəsində Avropa Birliyinin "Üçlüyü" oktyabrın 2-3-də Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə Azərbaycanın Benilyuks ölkələrində və Avropa Birliyindəki səfiri Arif Məmmədov Trend ə eksklüziv olaraq bildirib.

Missiyaya AB-də Finlyandiya prezidentliyinin (nazir səviyyəsində), AB-nin xarici və təhlükəsizlik siyasəti üzrə vəkil edilmiş nümayəndəsi ofisinin nümayəndələri, xarici münasibətlər və Avropa qonşuluq siyasəti məsələləri üzrə Avropa komissarı Benit Ferrero Valdner və b. daxil olacaq. Missiyanın dəqiq tərkibi yaxın günlərdə müəyyən olunacaq.

Azərbaycanın rəsmi şəxsləri ilə görüş zamanı Avrora qonşuluq siyasəti çərçivəsində Fəaliyyət proqramının layihəsinin razılaşdırılmasına dair fikir mübadiləsi aparılacaq. A.Məmmədov qeyd edib ki, bu sənəd üzrə bəzi məqamlar razılaşdırılmayıb və bununla bağlı işlər davam etdirilir. Biz maraqlarımızın həm siyasi, həm də iqtisadi müstəvidən bu proqramda öz əksini tapmasını istəyirik.

Xəbər lenti

Xəbər lenti