Litva seyminin Xarici İşlər Komitəsi Kyastutis Kudzmanasın (Kestutis Kudzmanas) ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini təsdiqləyib. Bu barədə Trend Baltic News Service-ə istinadən xəbər verir.
Maraqlıdır ki, əvvəlcə Azərbaycanda səfir postuna Litva prezidentinin müşaviri Halina Kobyatskaytenin (Halina Kobeckaite) təyin olunacağı nəzərdə tutulurdu. Qeyri-rəsmi məlumatlara əsasən, H.Kobyatskayteyə bir neçə il bundan əvvəl çalışdığı Litvanın Türkiyədəki səfirliyinə rəhbərlik etmək təklifi oluna bilər.