...

İran səfirliyi qarşısındakı aksiya zamanı həbs edilmiş üç AMİP-çinin məhkəməsi olacaq

Siyasət Materials 22 Sentyabr 2006 16:32 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sentyabrın 22-də saat 13.00-də İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında keçirməyə cəhd etdiyi icazəsiz aksiya zamanı həbs edilmiş partiyanın Səbail rayon təşkilatının sədri Ələddin Əsgərov, Nəsimi rayon təşkilatının nümayəndəsi Səxavət Ələkbərov və Binəqədi rayon təşkilatının nümayəndəsi Samir Abbasov Səbayel rayon məhkəməsinə aparılıb. Bu barədə Trend ə AMİP-in mətbuat katibi Əli Orucov bildirib.

Qeyd edək ki, AMİP-in aksiyası İranda yaşayan azərbaycanlıların öz ana dilində təhsil almaq hüququndan məhrum edilməsinə, fars dilinin məcburi tədris edilməsinə etiraz olaraq keçirilirdi. Ə.Orucov bildirib ki, özü də daxil olmaqla yuxarıda adları çəkilən şəxslər əvvəlcə Səbayel Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıblar: "Məndən izahat alındıqdan sonra buraxıldım. Onlar isə məhkəməyə aparılıb".

Qeyd edək ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavini, eyni zamanda partiyanın lideridir.

Xəbər lenti

Xəbər lenti