...

Bakı Şəhər İcra Hakimiyyəti AMİP-ə İran səfirliyi qarşısında piket keçirməyə izacə vermədi

Siyasət Materials 28 Sentyabr 2006 12:51 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) sentyabrın 29-da İran səfirliyi qarşısında etiraz aksiyası keçirməyə izacə verməyib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbənin müdiri Zaur Ramazanov məlumat verilib.

Qeyd edək ki, AMİP Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli, mədəni, təhsil hüquqlarının pozulmasına etiraz olaraq sentyabrın 29-da saat 13.00-da İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında piket keçirməyi planlaşdırır. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi qeyd edib ki, AMİP-in bu piketi məqsədəuyğun hesab edilmir. Partiyaya cavab məktubunda tövsiyə olunur ki, İranın yürütdüyü siyasətlə bağlı kütləvi informasiya vasitələrində öz etiraz bəyanatlarını versinlər.

AMİP-dən isə bildirilib ki, razılıq verilməməsinə baxmayaraq, piketin keçirilməsinə cəhd göstəriləcək.

Xatırladaq ki, müxalifəti təmsil edən AMİP Güney Azərbaycanda gedən milli hərəkata dəstək verilməsi üçün Azərbaycanda ictimai-siyasi qüvvələri bir araya gətirdi və beynəlxalq Forum təşkil etdi. Partiyanın qurucusu və lideri Etibar Məmmədov həm də sədr müavini olduğunu Beynəlxalq Demokrat İttifaqının toplantılarında da bu mövzunu gündəmə gətirib.

Xəbər lenti

Xəbər lenti