...

Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi hüquq müdafiəçiləri ilə görüşüb

Siyasət Materials 3 Oktyabr 2006 17:58 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi oktyabrın 3-də bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşüb. Trend in məlumatına görə, görüşdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Mirvari Qəhrəmanlı, Rəna Səfərəliyeva və Leyla Yunus iştirak ediblər.

Görüş barədə məluat verən Novella Cəfəroğlu bildirib ki, Azərbaycandakı hazırkı durum müzakirə edilib, hüquq müdafiəçiləri mövcud problemləri P.Semnebinin diqqətinə çatdırıblar. Bu sıraya əsasən son zamanlar jurnalistlərə edilən təzyiqlər, onların həbsi, media orqanlarına basqılar, həmçinin siyasi məhbus problemi, əhalinin müxtəlif təbəqələrinin ağır sosial durumu, korrupsiya halları, hüquq-mühafizə, prokurorluq orqanlarında yol verilən rüşvət və digər qeyri-qanuni hərəkətlər barədə məlumat verilib.

"Biz demək olar ki, bütün problemlər və qanunsuzluqlar barədə Avropa Birliyi nümayəndəsinə məlumat verdik. Bu problemləri dövlət başçısına çatdırmasını xahiş etdik. Piter Semnebi də öz növbəsində bizə bildirdi ki, mövcud nöqsanları dövlət başçısı ilə görüşdə qaldırmağa çalışacaq"-deyə N.Cəfəroğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti