...

İlham Əliyev Quba rayonunun bir sıra sosial obyektlərinə baş çəkəcək

Siyasət Materials 6 Oktyabr 2006 16:33 (UTC +04:00)

Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Quba rayonuna səfər edəcək. Bu barədə Trend ə rayonun icra hakimiyyəti başçısının müavini Yusif Abidov məlumat verib.

O qeyd edib ki, dövlət başçısı son illər ərzində yararsız vəziyyətə düşmüş və bu yaxınlarda asfalt çəkilmiş 54 km uzunluğunda Quba-Xınalıq dağ yolunun açılışında iştirak edəcək. Yolun yenidənqurulması Nəqliyyat Nazirliyi tərəfindən 4 ay ərzində həyata keçirilib.

Prezident bir sıra sosial obyektlərə, o cümlədən Qəçrəş kəndində Heydər Əliyev Fondunun xətti ilə inşa edilmiş ümumtəhsil məktəbinə baş çəkəcək.

İlham Əliyev Quba rayon ictimaiyyəti və Qırmızı Qəsəbə sakinləri - dağ yəhudiləri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti