Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi, Qırğızıstan, Tailand, Tacikistan, Meksika və Litvada səfirliklərin təsis edilməsi haqqında qərarları təsdiqləyib. Trend in xəbər verdiyi kimi, səfirliklər müvafiq olaraq Bişkək, Banqkok, Düşənbə, Mexiko və Vilnüsdə açılacaq.
Xatırladaq ki, Azərbaycan Milli Məclisinin payız sessiyasının oktyabrın 2-də keçirilmiş birinci iclasında hər üç ölkədə səfirliklərin təsis edilməsi qərara alınıb.