...

ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycan prezidenti ilə Yaxın Şərq problemlərini müzakirə edib

Siyasət Materials 12 Oktyabr 2006 15:26 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 12-də ABŞ Dövlət Departamentinin nümayəndəsi Cim Cefrini qəbul edib. Bu barədə Trend ə ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətinin başçısı Conatan Henik məlumat verib.

C.Cefri Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə ekspertidir və ona görə də görüşdə məhz bu məsələ, o cümlədən, Fələstin, İraq və İrandakı vəziyyət nəzərdən keçirilib.

C.Henik həmçinin bildirib ki, səfərin birgünlük proqramına Xarici İşlər Nazirliyində məsləhətləşmələr də daxildir.

Cim Cefri oktyabrın 13-də gecə Bakıdan gedəcək.

Xəbər lenti

Xəbər lenti