...

Ziya Məmmədov: Azərbaycan, Türkiyə və Gürcüstan Qars-Axalkalaki-Tiflis-Bakı layihəsi çərçivəsində memorandum imzalayıb

Siyasət Materials 14 Oktyabr 2006 15:11 (UTC +04:00)
Ziya Məmmədov: Azərbaycan, Türkiyə və Gürcüstan Qars-Axalkalaki-Tiflis-Bakı layihəsi çərçivəsində memorandum imzalayıb

Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryol marşrutunun açılması layihəsi üzrə dünənki görüşdə memorandum imzalanıb. Sənəddə tərəflərin layihəni təkmilləşdirməsi və bir ay ərzində təsdiqlənməyə verilməsi nəzərdə tutulur. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 14-də nəqliyyat naziri Ziya Məmmədov məlumat verib.

Layihənin həyata keçirilməsi üçün Gürcüstana vəsaitin ayrılmasına dair kredit sazişinin layihəsi ilə bağlı əsas məsələlər qalır. Hər bir tərəfin kreditin şərtləri ilə bağlı öz təklifi var", - deyə nazir qeyd edib.

Türkiyə tərəfi ilə bağlı heç bir poblem yoxdur. Türkiyə bəyan edib ki, öz ərazisi üzrə praktiki işlərə başlamağa hazırdır. Orada artıq səfərbərlik və hazırlıq işləri aparılıb. Yeni ildən tikinti işlərinə başlanacaq. Ancaq bir şərtlə ki, Gürcüstan tərəfi də paralel olaraq öz ərazisi üzrə işlərə başlasın.

Layihə iki il ərzində gerçəkləşəcək. Gürcüstan hökuməti dəmir yolunun inşası və torpağın ayrılması ilə bağlı öhdəlikləri öz üzərinə götürəcək. Birinci il bu nəqliyyat dəhlizi ilə təxminən 5 mln ton yük daşınması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti