...

Fransa polisi dünya türklərinin "Bastiliya" meydanında etiraz aksiyası keçirməsitnə icazə verməyib

Siyasət Materials 20 Oktyabr 2006 18:37 (UTC +04:00)

Fransa polisi oktyabrın 21-də Parisin "Bastiliya" meydanında türklərin keçirəcəyi etiraz aksiyasına icazə verməyib.

Parisdəki azərbaycanlı tələbələrin Trend ə verdiyi xəbərə görə, tələbə təşkilatları, DAK və digər türk diaspora qurumları bunu Fransa polisinin ermənipərəst mövqeyi kimi qiymətləndiriblər. Tədbirin təşkilatçısı olan Türk İşçi Partiyası aksiyanın başqa vaxt keçiriləcəyini bildirib və indi yeni tarixin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Parisin Bastiliya meydanında aksiya Fransada qondarma erməni soyqırımını qəbul etməyənlərin cəzalandırılması haqda sənədə etiraz əlaməti olaraq keçiriləcəkdi.

Xəbər lenti

Xəbər lenti