...

Salyanda regional tibbi yardım mərkəzi tikilir

Siyasət Materials 26 Oktyabr 2006 14:05 (UTC +04:00)

Respublika prezidenti İlham Əliyev avqustun 10-da Salyanda olarkən səhiyyə naziri Oqtay Şirəliyeva Mərkəzi Xəstəxananın reanimasiya şöbəsinin əsaslı və yenidən qurulması və şəhərdə Regional Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin alyanda açılması barədə göstəriş vermişdi.

Artıq xəstəxananın əsas korpusunda təmir işlərinə başlanılıb. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İbrahim Cəfərovun verdiyi məlumata görə, reanimasiya şöbəsi əsaslı təmir edilərək yenidən qurulub. Təxirəsalınmaz tibbi yardım Mərkəzində isə işlər davam edir.

Baş həkimin sözlərinə görə, regional mərkəzin yaradılmasında əsas məqsəd Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının əhalisinə fövqəladə hallarda və yol-qəza hadisələri zamanı müasir standartlara uyğun tibbi yardım göstərməkdir. Mərkəzin bütün tibbi və texniki avadanlıqları isə yaxın günlərdə Səhiyyə Nazirliyin malliyyə vəsaiti hesabına alınacaq.

Xəbər lenti

Xəbər lenti