...

Avropa məhkəməsi Azərbaycan vətəndaşlarının işinə baxmayacaq

Siyasət Materials 26 Oktyabr 2006 18:38 (UTC +04:00)
Avropa məhkəməsi Azərbaycan vətəndaşlarının işinə baxmayacaq

Oktyabrın 26-da İnsan haqları üzrə Avropa məhkəməsi Azərbaycan vətəndaşları Etimad Əsədov, Firudin Məmmədov, Asəf Əliyev, Bəhruz Camalov və Oqtay Mehdiyevin ərizələri üzrə qətnamələri dərc edib. Bu barədə Trend Məhkəmənin məlumatına istinadən xəbər verir.

Ərizədə qeyd olunub ki, 20 dekabr 2001-ci ildə onlar qeyri-hökümət təşkilatı - Qarabağ müharibəsi əlilləri cəmiyyətini təsis ediblər və elə həmin gün qeydiyyatdan keçmək üçün dövlət orqanlarına müraciət ediblər. Nəticədə Ədliyyə Nazirliyi təşkilatı hüquqi şəxs kimi 2006-cı ilin aprel ayında qeydiyyata alıb.

Təşkilat nümayəndələri narazılıq ediblər ki, Cəmiyyətin vaxtında qeydiyyata alınmasına imtina edilməsi onların birləşmək azadlığı hüquqlarını pozub.

Avropa məhkəməsinin məlumatında qeyd olunub ki, E.Əsədov öz şikayətindən imtina etdiyindən, məhkəmə yekdilliklə işə baxmamaq qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti