...

İlham Əliyev: Azərbaycan İrana qarşı sanksiyaları dəstəkləməyəcək

Siyasət Materials 30 Oktyabr 2006 12:16 (UTC +04:00)

"İranın nüvə proqramı ilə bağlı narahatlıq doğuran bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyada akkreditə olunmuş bir sıra xarici KİV-ə müsahibəsində bəyan edib.

"Hesab edirəm ki, bu, regiondakı çox kövrək sabitliyin pozulmaması və məsələnin dincliklə nizamlanmasına nail olmaq üçün yeganə yoldur",- deyə dövlət başçısı bildirib.

İlham Əliyevin fikrincə, nüvə proqramı ilə bağlı problemin həll edilməsi üçün beynəlxalq birliyin bütün imkanlarından istifadə olunmalıdır. Onun sözlərinə görə, Azərbaycan İrana qarşı tətbiq olunan sanksiyaları dəstəkləməyəcək. "Belə sanksiyalar məsələnin həllinə aparıb çıxarmayacaq, yalnız regiondakı vəziyyəti daha da gərginləşdirəcək.

Bizim İranla yaxşı münasibətlərimiz var. İranla uzun, min kilometrdən artıq sərhədimiz var. Fəal ticarət əlaqələrimiz mövcuddur. Buna görə də biz çox narahatıq ki, vəziyyəti gərginləşdirəcək istənilən potensial addım ümumən regional inkişafa böyük təsir göstərə bilər", - deyə İlham Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti