...

Antalyada AŞPA-nın Avropa Demokratiya Qrupunun toplantısı olacaq

Siyasət Materials 30 Oktyabr 2006 17:32 (UTC +04:00)

Noyabrın 2-6-da Türkiyənin Antalya şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Demokratiya Qrupunun toplantısı olacaq. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.

Toplantıda AŞPA-nın Avropa Demokratiya Qrupunda təmsil olan Azərbaycan nümayəndə heyətinin üzvləri - Qənirə Paşayeva və Aydın Mirzəzadə iştirak edəcək.

Q.Paşayeva bildirib ki, toplantıda əsasasən Avropa Şurası-Avropa Birliyi münasibətləri məsələləri diqqət mərkəzində olacaq: "Təbii ki, Yaxın Şərqdəki vəziyyət, eyni zamanda qrupun gələcək fəaliyyəti ilə bağlı məsələlər də müzakirə olacaq". Millət vəkili onu da əlavə edib ki, toplantıda həmçinin Fransa parlamentinin Milli Assambleyası tərəfindən qondarma erməni soyqrımını inkar edənlərin cəzalandırılması ilə bağlı qəbul etdiyi məlum qərarla bağlı məsələ də gündəmə çıxarılacaq: "Fransa parlamentinin bu qərarının Avropada demokratik dəyərlərin, söz azadlığı və insan haqlarına zərbə olması ilə bağlı məsələləri də toplantı çərçivəsində diqqətə çatdıracağıq".

Millət vəkili həmçinin toplantı çərçivəsində Türkiyə-Avropa Birliyi münasibətlərinə də toxunulacağını söyləyib.

Xəbər lenti

Xəbər lenti