...

Sankt-Peterburqdakı baş konsul Gürcüstan vətəndaşları olan azərbaycanlıların Rusiyadan deportasiya edilərkən Ermənistandan deyil, Azərbaycandan keçirilməsini təklif edib

Siyasət Materials 3 Noyabr 2006 18:02 (UTC +04:00)

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov Rusiya Federasiyası Federal Miqrasiya Xidməti İdarəsinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə rəhbəri Yuri Nikolayeviç Buryakla görüşüb. Bu barədə Trend ə Sankt-Peterburqdakı Baş Konsulluqdan məlumat verilib.

Görüşdə Baş Konsulluqla Miqrasiya Xidməti arasında qurulmuş konstrutkiv əlaqələrin inkişafı müzakirə edilib. Belə ki, baş konsul Azərbaycan vətəndaşlarının müvəqqəti və daimi qeydiyyat vəziyyəti ilə bağlı problemlərdən danışıb və onların həlli yolunda konsulluq tərəfindən daim hüquqi yardım göstərildiyini vurğulayıb. Azərbaycan vətəndaşalarının Rusiya Federasiyasında qeydiyyata alınması, daimi və müvəqqəti yaşayışa icazə alınması, deportasiya edilməsi məsələlərininin müzakirəsi zamanı Yuri Buryak bildirib ki, Sankt-Peterburq şəhərində və Leninqrad vidayətində çoxlu sayda azərbaycanlının yaşamasına baxmayaraq, həmin şəxslər tərəfindən Rusiya Federasiyasının qanunvericiliyinin pozulması halları çox az miqdarda qeydə alınır. Əsas problemlər 13-14 yaşına çatan AR vətəndaşlarında Azərbaycan qnunvericiliyinə əsasən şəxsiyyət vəsiqələrinin və xarici pasportların olmaması, AR-nin xarici diplomatik nümayəndəlikləri tərəfindən belə sənədlərin verilməsi hüququnun olmaması səbəbindən irəli gəlir.

Baş konsul həmçinin Rusiyadan deportasiya edilən etnik azərbaycanlı olan Gürcüstan vətəndaşlarının Ermənistan ərazisindən deyil, Azərbaycan ərazisindən keçirilməsini təklif edib.

Görüşdə Federal Miqrasiya Xidmətinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə İdrəsinin hüquq-təminat şöbəsinin müdiri Yelena Donayeva və şəhərin Milli Mədəni Muxtariyyatının icraçı direktoru Akif Qasımov da iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti