...

Zaqafqaziyadakı Rusiya qoşunları qrupu Azərbaycan ərazisindən keçməklə Tbilisidən öz əmlak və texnikasını çıxarır

Siyasət Materials 20 Noyabr 2006 14:33 (UTC +04:00)

Noyabrın 23-dən Zaqafqaziyadakı Rusiya qoşunları qrupunun (ZRQQ) əlavə texnika və əmlakı Azərbaycan ərazisindən keçməklə Tbilisidən çıxarılacaq. Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən Trend ə eksklüziv olaraq məlumat verilib.

Artıq ZRQQ əmlakından ibarət 3 eşelonun Azərbaycanın dəmir yol xətti ilə RF-yə əlavə nəqli haqqında Rusiya tərəfi ilə razılıq əldə olunub. İlk partiya noyabrın 23-də səhər yola düşəcək. Yük 17 vaqondan ibarət olacaq, burada 23 ədəd müxtəlif zirehli texnika və avtomobil, eləcə də 301 ton əmlak və maddi vəsaitlər olacaq.

Qalan partiyalar bir həftədən sonra çıxarılacaq. Beləliklə, ikinci eşelon Tbilisidən dekabrın 1-də göndəriləcək.

Qeyd edək ki, Zaqafqaziyadakı Rusiya qoşunları qrupunun Tbilisi qarnizonunun texnika və əmlakının təcili şəkildə Tbilisidən çıxarılması noyabrın 16-da başlayıb. İlk eşelonla Gümrüdəki hərbi bazaya iki ədəd zirehli texnika, bir neçə avtomobil texnikası və səyyar radiostansiyalar göndərilib. Ümumilikdə, bu ilin sonunadək Tbilisidən ZRQQ-nin texnika və əmlakının olduğu - Rusiya (Azərbaycandan keçməklə) və Ermənistanın hər birinə iki eşelon olmaqla dörd eşelon göndərilməlidir.

RF MN ZRQQ-nin Tbilisi qarnizonunun təcili çıxarılması haqqında qərarı çərçivəsində cəmi 387 hərbi qulluqçu, təxminən yüz ədəd zirehli texnika, 350 ton əmlak və döyüş sürsatı çıxarılacaq. Gürcüstan və Rusiya arasındakı razılaşmaya əsasən Axalkalakidəki baza 1 oktyabr 2007-ci il tarixinə, Batumidəki baza isə - 1 oktyabr 2008-ci il tarixinə qədər bağlanmalıdır.

Xəbər lenti

Xəbər lenti