...

ATƏT Minsk qrupu vasitəçiləri bəyan edib ki, "il kifayət qədər nikbin notda başa çatır"

Siyasət Materials 22 Noyabr 2006 14:03 (UTC +04:00)
ATƏT Minsk qrupu vasitəçiləri bəyan edib ki, "il kifayət qədər nikbin notda başa çatır"

ATƏT Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bu gün Yerevanda bildirib ki, vasitəçilərin Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşləri "nəticə etibarilə səmərəli" olub.

Mediamaks agentliyi xəbər verir ki, bu gün Yerevanın "Zvartnots" aeroportunda Bakıya uçmazdan əvvəl jurnalistlərin suallarına cavab verən Yuri Merzlyakov bildirib ki, "erməni tərəfi MDB sammiti çərçivəsində noyabrın 28-də Minskdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsinə razılıq verib".

Rusiyalı həmsədrin sözlərinə görə, "əvvəllər Azərbaycanın XİN başçısı bu məsələyə dair müvafiq bəyanatlar versə də, biz Azərbaycan prezidenti İlham Əliyevin də razılığını almalıyıq".

Yuri Merzlyakov qeyd edib ki, nümayəndə heyətində amerikalı həmsədr Metyu Brayzanın olmamasının səbəbi budur ki, "həmsədrlər öhdəliklərin bölünməsi barədə razılaşıblar və bu günlərdə bizim amerikalı həmkarımız ABŞ-da olan Arkadi Qukasyanla görüşməlidir".

"Ümumilikdə, il kifayət qədər nikbin notda başa çatır və əgər biz tərəflərin bu əhvalını qoruyub saxlaya bilsək, 2007-ci ilə kifayət qədər yaxşı perspektivlərlə başlayacağıq. Seçkilərin bütövlükdə danışıqlar prosesinə müəyyən əngəlləyici təsir göstərməsinə baxmayaraq, biz düşünürük ki, bu il edə bildiklərimiz seçkiqabağı dövrü daha asan keçməyə imkan verəcək", - deyə ATƏT Minsk qrupunun rusiyalı həmsədri bildirib.

Xəbər lenti

Xəbər lenti