...

"Azərenerji" elektrik enerjisinin qiymətini artırmağı təklif edir

Siyasət Materials 22 Noyabr 2006 18:10 (UTC +04:00)
"Azərenerji" elektrik enerjisinin qiymətini artırmağı təklif edir

"Azərenerji" səhmdar cəmiyyəti elektrik enerjisinin tariflərinin artırılması haqqında təkliflə yenə də Azərbaycan hökümətinə müraciət edib. Trend xəbər verir ki, bu barədə "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Onun sözlərinə görə, dövləti dolayı subsidiyalardan azad etmək üçün bu zəruridir. O bildirib ki, bu gün elektrik enerjisinin maya dəyəri 210 köhnə manata (42 qəpik) başa gəlir. Lakin Rusiyadan idxal olunan təbii qazın dəyərinin gözlənilən artımı ilə əlaqədar, elektrik enerjisi istehsalının maya dəyəri daha da artacaq.

Vitse-prezidentin sözlərinə görə, bu gün elektrik enerjisinin ödənişi üzrə yığımın səviyyəsi 54% təşkil edir. Gürcüstanda elektrik enerjisinin qiyməti Azərbaycandan üç dəfə bahadır və elektrik enerjisinin çatışmazlığı olduğu halda, 95% səviyyəsində yığım həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti