...

2006-cı ilin 10 ayı ərzində narkotiklərlə bağlı 1985 cinayət faktı qeydə alınıb

Siyasət Materials 23 Noyabr 2006 12:27 (UTC +04:00)

Azərbaycan ərazisində 2006-cı ilin 10 ayı ərzində 1985 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Narkomanlığa və Narkotik Iasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri İsrafil Əliyev məlumat verib.

Həmin cinayətləırdən 660-ı satışla bağlıdır.

Qeyd olunan dövrdə ayrı-ayrı şəxslərdən 491 kiloqram 254 qram narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 39 kiloqram 316 qram heroin, 113 kiloqram 210 qram tiryək, 210 kiloqram 338 qram həşiş, 120 kiloqram 499 qram marixuana, 517 həb psixotrop dərman preparatları, 10,8 qram sirkə anhidridi, 0,53 qram metadon, 7 kiloqram 880 qram xaşxaş samanı götürülüb.

Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, daxilolma mənbələrinin aşkar edilməsinə yönəldiblər.

Xəbər lenti

Xəbər lenti