...

Azərbaycan prezidenti AŞPA Monitorinq komitəsinin sədrini qəbul edib

Siyasət Materials 11 Dekabr 2006 15:57 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 11-də Bakıda AŞPA Monitorinq komitəsinin sədri, AŞPA Siyasi komitəsinin üzvü Eduard Lintneri qəbul edib. Bu barədə Trend xəbər verir.

E.Lintnerin sözlərinə görə, siyasi komitənin toplantısının Bakıda keçirilməsinə böyük maraq var və orada komitə üzvlərinin əksəriyyəti iştirak edir. AŞPA Monitorinq komitəsi həmməruzəçilərinin bu yaxınlarda Bakıya səfərindən danışan E.Lintner dövlət başçısına sıx əməkdaşlığa görə öz minnətdarlığını bildirib. O qeyd edib ki, bu yaxınlarda məruzəçilərin sonuncu hesabat layihəsi ilə tanış olub və "yaxşı irəliləyişin" olmasından məmnundur.

AŞPA Siyasi komitəsinin toplantısının keçirilməsini İ.Əliyev mühüm hadisə kimi səciyyələndirib və əlavə edib ki, bu, ölkədə baş verən proseslərlə tanış olmaq üçün yaxşı imkan yaradır. O, qarşılıqlı maraq doğuran məsələlər üzrə həmməruzəçilərlə açıq müzakirələrin aparılmasının böyük əhəmiyyətini vurğulayıb. Prezident əminliklə bildirib ki, bütün sahələrdə müsbət dəyişikliklər Azərbaycanda bundan sonra da davam edəcək.

Xəbər lenti

Xəbər lenti