...

VHP sədri: "Partiyamızın VI qurultayı gələn ilin birinci yarısında keçiriləcək"

Siyasət Materials 13 Dekabr 2006 14:51 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) VI qurultayı gələn ilin birinci yarısında keçiriləcək. Bu barədə Trend ə partiyanın sədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib.

O bildirib ki, VHP-nin qurultayı artıq xeyli yubanıb. Onun sözlərinə görə, bunun bir sıra səbəbləri var. S.Rüstəmxanlı qeyd edib ki, hazırda qurultaya hazırlıq işləri gedir: "Hələ ki? qurultayın tarixi təyin olunmayıb. Hər halda gələn ilin birinci yarısından o yana qalmayacaq".

S.Rüstəmxanlı növbəti dəfə də partiya sədrliyinə namizədliyini irəli sürüb-sürməyəcəyinə dair hələ qərar vermədiyini deyib.

Qeyd edək ki, VHP 1992-ci il 26 sentyabrda bir qrup ziyalı tərəfindən yaradılıb, həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiya 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Müxalifətyönlü VHP-nin sədri millət vəkili, xalq şairi S.Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti