Naxçıvan şəhərində cari ildə 690 nəfər Yeni Azərbaycan partiyasının sırlarına qəbul edilib. Trend in Naxçıvan Bürosu YAP Naxçıvan Şəhər Təşkilatına istinadən xəbər verir ki, bu il partiya sıralarına qəbul olunanlar arasında üstünlüyü gənclər təşkil edib.
YAP Naxçıvan Şəhər Təşkilatından bildiriblər ki, partiyanın proqram və nizamnaməsinə uyğun olaraq aparılan qeydiyyat zamanı bütün yaş qrupları və ixtisas sahələri üzrə qəbul olub. Ümumilikdə isə bu il YAP-a qəbul edilənlərdən 541-i gənc olmaqla, 325-i qadın olub. Bu il həm də digər partiyalardan imtina edərək YAP sıralarına yazılanlar qeydə alınsa da, partiya sıralarını tərk etmə hallarına rast gəlinməyib.
Qeyd edək ki, üzvlük haqqı hesabına maaliyyələşən, 181 ərazi ilk partiya təşklatını özündə birləşdirən YAP Naxçıvan Şəhər Təşkilatının 10408 nəfər üzvü var.