...

Azərbaycan prezidenti müasir incəsənət muzeyinin yaradılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 19 Dekabr 2006 20:29 (UTC +04:00)

Dekabrın 19-da Azərbaycan respublikasının prezidenti İlham Əliyev Azərbaycan rəssamlar ittifaqının üzvləri üçün yeni emalatxanaların tikintisi haqqında sərəncam imzalayıb. Trend xəbər verir ki, sənəddə Azərbaycan rəssamlar ittifaqı üzvlərinin yaradıcılıq fəaliyyəti üçün şəraiti yaxşılaşdırmaq məqsədi ilə Bakı, Gəncə və Naxçıvan şəhərlərində müasir emalatxana komplekslərinin yaradılması nəzərdə tutulur.

Prezident müasir Azərbaycan rəngkarlıq, heykəltəraşlıq və tətbiqi sənətinin ən parlaq nümunələrinin daimi ekspozisiyalarda layiqincə təmsil olunması və nümayiş etdirilməsi məqsədi ilə müasir incəsənət muzeyinin yaradılması haqqında da sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti