...

Deputat Pənah Hüseyn: "Magistraturaya və aspirantruaya sənəd verən ali təhsilli çağırışçılara edilən güzəşt ləğv olunacaq"

Siyasət Materials 20 Dekabr 2006 15:29 (UTC +04:00)

Hərbi qanunvericiliyə təklif edilən dəyişikliklərə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının dekabrın 20-də keçirilən iclasında baxıldı və məsələ dekabrın 22-də parlamentin müzakirəsinə çıxarılacaq. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, deputat Pənah Hüseyn deyib.

P.Hüseynin sözlərinə görə, komissiyaya daxil olan yeni dəyişikliklərdə ali təhsilli çağırışçıların hərbi xidmət müddətinin aratırılması məsələsinə toxunulmur. Ali təhsilli əsgərlər əvvəlki kimi 1 il xidmət edəcəklər, onların xidmət müddəti artırılmayacaq.

P.Hüseyn qeyd edib ki, yeni düzəlişlərdə üç övladı olan şəxslərin hərbi xidmətdən azad olunması güzəştinin ləğv edilməsi məsələsi də yoxdur, yəni belə şəxslər əvvəllər olduğu kimi bundan sonra da hərbi xidmətə aparılmayacaqlar.

Magistraturaya və aspirantruaya sənəd verənlər edilən güzəşt , yəni onlara verilən möhlət isə ləğv olunub.

Xəbər lenti

Xəbər lenti