...

Deputat Aydın Mirzəzadə: "Silahlı Qüvvələrə çağırışın ildə dörd dəfədən iki dəfəyə endirilməsinə ehtiyac yoxdur"

Siyasət Materials 20 Dekabr 2006 16:58 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinə ildə dörd dəfə həyata keçirilən çağırışın iki dəfəyə endirilməsinə ehtiyac yoxdur. Trend in məlumatına görə, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə jurnalistlərə açıqlamasında belə deyib.

"Bu məsələnin müzakirə edilməsi gözlənilmir. Ümumiyyətlə ən ideal variant ildə dörd dəfə hərbi çağırışın edilməsidir. Ona görə ki, hər bir əsgər hərbi xidmət müddətində bir peşəkara çevrilir. Əgər hərbi çağırış ildə iki dəfə olarsa, onda ordunun üçdə bir hissəsi ehtiyata buraxılmalı olar ki, bu da əlavə problemlər yaradar. Belə olan halda isə yaranan boşluğu doldurmaq çətin olar. Azərbaycanın mövcud vəziyyətini nəzərə alsaq, indiki sistemi dəyişməyə ehtiyac olmadığını görərik."

Xatırladaq ki, bəzi hərbi ekspretlər Silahlı Qüvvələrin peşəkərlığını artırmaq üçün çağırışın dörd dəfədən iki dəfəyə endirilməsini zəruri hesab edirlər.

Xəbər lenti

Xəbər lenti