...

Mehriban xanım Əliyevanın ABŞ-a səfəri mətbuatın diqqət mərkəzindədir

Siyasət Materials 21 Dekabr 2006 17:56 (UTC +04:00)

Ölkənin birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Amerika Birləşmiş Ştatlarına səfəri mətbuatın diqqət mərkəzindədir. Bu günlərdə "Yeni Azərbaycan" qəzeti həmin səfər haqqında məlumatların yer aldığı toplunu oxuculara təqdim edib. Topluda Mehriban xanım Əliyevanın ABŞ-a səfəri çərçivəsində keçirdiyi görüşlərə və apardığı müzakirələrə geniş yer ayrılıb. Ölkəmizin geostrateji mövqeyi və müasir durumunun əsas müzakirə mövzusu olduğu görüşlər haqqında məlumatlar verilib. Mehriban xanımın ABŞ görüşləri zamanı beynəlxalq və regional siyasətin sərt reallıqları çərçivəsində ölkəmizin milli maraqlarının qorunması kimi vacib bir məsələ öz aktuallığını saxlayıb. Topluda ölkəmizin birinci xanımı haqqında fikirlər və ayrı-ayrı mətbuat orqanlarına verdiyi müsahibələrdən parçalar da yer alıb.

Xəbər lenti

Xəbər lenti