...

Sankt-Peterburqdakı Baş Konsul: "Azərbaycanlı hüquqşünaslar soydaşlarmızı maarifləndirmək üçün boyük ticarət obyektlərində təbliğat aparırlar"

Siyasət Materials 22 Dekabr 2006 12:19 (UTC +04:00)
Sankt-Peterburqdakı Baş Konsul: "Azərbaycanlı hüquqşünaslar soydaşlarmızı maarifləndirmək üçün boyük ticarət obyektlərində təbliğat aparırlar"

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə bu şəhərdə fəaliyyət göstərən 15 azərbaycanlı hüquqşünas soydaşlarmızı maarifləndirmək məqsədi ilə şəhərin böyük ticarət obyektlərində təbliğat aparır, Rusiyanın mövcud qanunvericiliyini izah edirlər. Bu barədə Trend ə Sankt-Peterburqdakı Baş Konsul Qüdsi Osmanov məlumat verib.

O qeyd edib ki, Rusiyada miqrasiya ilə bağlı yeni qanun qəbul edildikdən sonra Azərbaycan Respublikası prezidentinin verdiyi "Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərininin həlli haqqında" sərəncam ilə əlaqədar həyata keçirilən tədbirlər davam etdirilir. Q.Osmanovun sözun sözlərinə görə, Baş Konsulluğun təyin etdiyi hüquqşünaslar soydaşlarımızla görüşlər keçirib onlara tezliklə qeydiyyata düşməyi tövsiyə edir, lazımi hüquqi yardımlar göstərirlər: "Bundan başqa Şimali-Qərb dairəsində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının maarifləndirilməsi və hüquqi yardmlar göstərilməsi üçün Baş Konsulluğun əməkdaşları da Murmansk, Mançeqorsk, Ioloqda, Ielikie Luki, Petrozavodsk, Çerepovets və digər şəhərlərə ezam olunacaqlar".

Baş Konsul Sankt-Peterburqun "Sofiyskaya baza" adlanan topdansatış ticarət mərkəzində çalışan Azərbaycan Respublikasının vətəndaşları və bazanın müdüriyyəti ilə görüş keçirib.

Bundan əlavə, Baş Konsul Sankt-Perterburq şəhərində yerləşən MDB-yə üzv dövlətlər üzrə sahibsiz uşaqlar və yeniyetmələr üçün "Fedor" uşaq evinə baş çəkib. Evdə yerləşdirilən uşaqlara yeni il hədiyyələri paylanılıb. Bu uşaq evində 4 azərbaycanlı uşaq yaşayır. Evin müdiriyyəti ilə görüşdə və həmin uşaqlarla tanışlıq zamanı məlum olub ki, uşaqlar (Bakıda anadan olmuş iki baçı və Ağsuda anadan olmuş baci və qardaş) valideynləri və qohumları tərəfindən Sankt-Peterburq şəhərinin küçələrinə atıılıblar. Baş Konsulluq hazırda həmin uşaqların kimliyini dəqiqləşdirir, yaxın qohumlarının müəyyən edilməsi və Azərbaycanın uşaq evlərinə köçürülməsinə dair iş aparır.

Xəbər lenti

Xəbər lenti