...

Nazir: Ukrayna Azərbaycan neftinin Bakı-Supsa-Odessa marşrutu üzrə nəqlində böyük perspektivlər görür

Siyasət Materials 27 Dekabr 2006 14:01 (UTC +04:00)
Nazir: Ukrayna Azərbaycan neftinin Bakı-Supsa-Odessa marşrutu üzrə nəqlində böyük perspektivlər görür

Trend in Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko ilə eksklüziv müsahibəsi

- Azərbaycan və Ukrayna arasında energetika sektoru sahəsində əməkdaşlığın hansı perspektivləri iki ölkə arasında aparılan danışıqların mövzusudur?

- Azərbaycanın ehtiyat bazasında həm hasilatda, həm də bütövlükdə ümumi inkişaf dinamikasında artım müşahidə olunur. Avropa Birliyi ilə sərhəddə kifayət qədər tranzit obyektlərimiz var və mən hesab edirəm ki, Azərbaycan neftinin Bakı-Supsa-Odessa marşrutu üzrə nəqlində çox böyük perspektivlər mövcuddur, çünki zəruri məqam yetişəcək. Bu gün Azərbaycanın tranzit obyektləri neftin Avropaya ixracı üçün kifayət qədərdir, lakin hesablamaları və iki ildən sonra hasilatın artmasını nəzərə alsaq, elə məqam yetişəcək ki, əlavə istehsalat obyektləri tələb olunacaq, biz öz Odessa-Brodı boru kəmərimizi və neft nəqlinin modelini təklif etməyə hazırıq.

- Sizin Bakıya səfəriniz zamanı bu layihə çərçivəsində məhz hansı əməkdaşlıq məsələlərinə baxılıb?

- Bizim biznes-planın təqdimatını və bunun necə inkişaf edəcəyini göstərməyə hazır olduğumuzu nəzərə alaraq, ikitərəfli komissiyaların təyin olunması kimi prinsipial məsələlər nəzərdən keçirilib. Boru kəmərinin keçirmə qabiliyyəti Azərbaycan tərəfindən asılı olacaq. Biz hesab edirik ki, iki ildən sonra əlavə olaraq ildə təxminən 7-8 mln. ton neftin hasil olunacağını nəzərə alaraq, neft artıq olacaq. Azərbaycanın iştirakı ilə boru kəmərinin layihə gücü daha sürətlə doldurula bilər. Rusiya və ya Qazaxıstan tərəfi Azərbaycanın iştirakı ilə mümkün olduğundan daha uzun müddət borunu dolduracaqlar. Bizim üçün bu, çox da qorxulu deyil, lakin çox faydalı ola bilər.

- Azərbaycan və Ukrayna arasında təbii qaz tədarükü üzrə əməkdaşlığın hansı perspektivləri nəzərdən keçirilir?

- "Şahdəniz" qaz yatağının işlənmə layihəsi üzrə azərbaycanlı tərəfdaşların artıq Cənubi Qafqaz qaz kəməri ilə Türkiyəyə qaz tədarükünün həyata keçirilməsi məsələsini həll etdiklərini nəzərə alaraq, hələ qaz üzrə danışıqlar olmayıb, çünki Azərbaycan, Ukrayna kimi, hələ onu alır. Ona görə də biz hələ neft artıqlığının olduğunu görmürük.

- Ölkələr arasında əməkdaşlığın daha hansı istiqamətləri mümkündür?

- Ölkələrimizdəki yataqların demək olar ki, eyni səviyyədə - 80-90% tükəndiyini nəzərə alaraq, biz quyuların debitini artırmağa imkan verən texniki üsulları təklif etməyə hazırıq. Bizdə belə texnologiya artıq tətbiq olunur, biz onu bizim azərbaycanlı tərəfdaşlarımıza təklif etmək istərdik.

Xəbər lenti

Xəbər lenti