"Mən ümid edirəm ki, yaxın zamanlarda Azərbaycanda sərbəst toplaşmaq haqqında məsələ öz həllini tapacaq". Trend xəbər verir ki, bu barədə ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Robin Sivord bildirib.
O qeyd edib ki, ATƏT-in Bakı ofisi artıq uzun müddətdir ki, Azərbaycanda "Sərbəst toplaşmaq haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı danışıqlar aparır və hələ də bu məsələ ilə əlaqədar narahatdır.
R.Sivord qeyd edib ki, ATƏT-in Bakı ofisi hüquq-mühafizə orqanları işçiləri üçün treninqləri davam etdirir ki, bu da bu sahədə aparılan işin bir hissəsidir.