...

Azərbaycanda avtomobil benzini, dizel yanacağı, su və elektrik enerjisinin qiyməti qaldırıldı

Siyasət Materials 8 Yanvar 2007 11:19 (UTC +04:00)
Azərbaycanda avtomobil benzini, dizel yanacağı, su və elektrik enerjisinin qiyməti qaldırıldı

Azərbaycanın Tarif (qiymət) Şurası iclasda enerji daşıyıcıları, kommunal xidmətlər, polis tərəfindən göstərilən xidmətlər, eləcə də sərnişin nəqliyyatı üçün yeni tariflərin tətbiq edilməsi haqqında qərar qəbul edib. Bu barədə Trend Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatına istinadən xəbər verir.

Şuranın qərarına görə, A-95 markalı avtomobil benzininin qiyməti 60 qəpik, A-92 və A-80 markalı benzinin qiyməti - 55 qəpik, dizel yanacağının qiyməti - 45 qəpiyə qədər qaldırılır.

Şuranın qərarına əsasən, 1 kVt/s elektrik enerjisinin dəyəri 6 qəpiyə qədər qaldırılır.

Bakı şəhər nəqliyyatında gediş haqqı şuranın qərari ilə 5 qəpik qaldırılaraq, orta hesabla paytaxt üzrə 20 qəpik təşkil edəcək. Bakı-Sumqayıt marşrutu üzrə nəqliyyatda gediş haqqı 35 qəpik olacaq, Bakıdan kənarda, məsafədən asılı olaraq, həmçinin yeni tariflər təyin olunub.

Bakı, Sumqayıt, Gəncə, Xırdalan, Mingəçevir, Əli Bayramlı və bütün Abşeron yarımadasının əhalisi üçün 1 kubmetr suyun dəyəri 18 qəpik, qalan istehlakçılar üçün isə 70 qəpik təşkil edəcək. Azərbaycanın digər bölgələrinin əhalisi 14 qəpik, qalan istehlakçılar - 70 qəpik ödəyəcəklər. Əgər su xammal qismində istifadə olunursa, hər 1 kubmetrə görə 12 manat ödəniləcək. Qiymətin qalxması həmçinin Bakı, Sumqayıt, Gəncə, Xırdalan, Mingəçevir, Əli Bayramlı və bütün Abşeron yarımadasının əhalisi üçün kanalizasiya xidmətlərinə də toxunub. Belə ki, 1 kubmetr çirkab su üçün əhali 4 qəpik, digər istehlakçılar - 20 qəpik ödəyəcəklər. Azərbaycanın digər bölgələrində əhali 1 kubmetrə görə 3 qəpik, digər istehlakçılar - 20 qəpik ödəyəcək.

Sürücülük vəsiqəsini almaq üçün dövlət rüsumu 16 manat, nömrənin qeydiyyatdan keçməsi üçün dövlət rüsumu - 15 manat, dövlət nömrələrinin verilməsinə görə dövlət rüsumu - 18 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti