...

Yanvarın sonu-fevralın əvvəllərində "Azadlıq" bloku Məclisinin sessiyası keçiriləcək

Siyasət Materials 9 Yanvar 2007 17:39 (UTC +04:00)

Yanvarın sonu-fevralın əvvəllərində müxalifətyönlü "Azadlıq" bloku Məclisinin sessiyası keçiriləcək. Bu barədə Trend ə adıçəkilən blokdan məlumat verilib. Məlumatda bildirilir ki, Məclisin toplantısında "Azadlıq" blokunun 2006-cı ildəki fəaliyyəti müzakirə olunacaq və buna qiymət veriləcək. Bundan başqa blokun 2007-ci il üçün fəaliyyət planının hazırlanması məsələsi müzakirə ediləcək, qarşıda duran əsas məsələlər müəyyənləşdiriləcək.

Xatırladaq ki, "Azadlıq" blokunun Sədrlər Şurasının yanvarın 9-da keçirilən iclasında bu haqda qərar qəbul edilib.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti