...

Nazir: Azərbaycan, Gürcüstan və Türkiyə Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolunun tikinti layihəsinin ilkin təfsilatlarını razılaşdırıblar

Siyasət Materials 12 Yanvar 2007 13:03 (UTC +04:00)
Nazir: Azərbaycan, Gürcüstan və Türkiyə Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolunun tikinti layihəsinin ilkin təfsilatlarını razılaşdırıblar

Qars-Tiflis-Axalkalaki dəmiryolunun tikinti layihəsinin reallaşdırılması üzrə sazişin bütün təfsilatları cümə gününün sonunda məlum olacaq.

"Layihənin bütün ilkin təfsilatları razılaşdırılıb və hər hansı çətinliyin olacağını güman etmirəm", - deyə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov cümə günü Trend in Gürcüstandakı xüsusi müxbirinə bildirib.

O təsdiq edib ki, Azərbaycan layihədə 200 milyon ABŞ dolları həcmində payını tamamilə maliyyələşdirməyə hazırdır. Lakin kreditin həcmi haqqında o, Gürcüstan tərəfinə məlumat verməyib və bunun danışıqların mövzusu olduğunu qeyd edib.

Bəyanat layihə üzrə danışıqların iştirakçılarının Tbilisiyə səfərindən sonra Gürcüstanın baş naziri Zurab Noqaideli tərəfindən verilib.

Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım və Gürcüstanın iqtisadiyyat naziri Giorgi Arveladze bəyan ediblər ki, bu layihənin həyata keçirilməsi üçün heç bir maneə görmürlər.

İclasın yekununda layihənin reallaşdırılması üzrə, o cümlədən Azərbaycan və Türkiyənin onun reallaşdırılması üçün Gürcüstana vəsait ayırmaları üçün kredit sazişi üzrə bir sıra üçtərəfli sənədlərin imzalanacağı ehtimal olunur.

13 oktyabr 2006- cı il tarixində Qars-Axalkalaki-Bakı layihəsinin reallaşdırılması üzrə üçtərəfli işçi qrupunun Bakıda keçirilən iclası zamanı çərçivə sazişinin, Gürcüstan tərəfinin dəmiryolunun tikintisi üçün ərazinin ayrılması haqqında öhdəliklərinin və Azərbaycan, Türkiyə və Gürcüstan arasında kredit sazişinin layihələri nəzərdən keçirilib. Layihə 422 milyon ABŞ dolları məbləğində, əlaqədar infrastrukturu nəzərə alaraq - 600 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.

ABŞ administrasiyası Amerika şirkətlərinə bu layihənin maliyyələşdirilməsində iştirak etməyi qadağan edib. Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolu xəttinin tikinti layihəsi üzrə üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə bəyannaməsi 2005-ci ilin may ayında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən Bakıda imzalanıb.

Xəbər lenti

Xəbər lenti