...

Bişkekdə 20 Yanvar faciəsinin ildönümünə hazırlıq görülür

Siyasət Materials 17 Yanvar 2007 11:27 (UTC +04:00)

Yanvar faciəsinin 17-ci ildönümü münasibətilə Bişkekdə türk diasporu ilə birgə şəhidlərin şanlı xatirəsinə həsr edilmiş mərasimlər keçiriləcək. Bu barədə Trend ə Qırğızıstandakı Heydər Əliyev Fondunun prezidenti Nüsrət Məmmədov məlumat verib.

O qeyd edib ki, qanlı faciənin ildönümü müasibətilə tədbirlərin hazırlanması və keçirilməsi məqsədilə Fond rəhbərlyinin qərarı ilə Qırğızıstanda komitə yaradlılıb, tədbirlər planı təsdiqlənib. Plana əsasən, iştirakçılar yanvar faciəsini əks etdirən fotosərgiyə baxacaqlar. Şəhidlərin xatirəsinə ehsan veriləcək, ruhuna dualar oxunacaq.

Xəbər lenti

Xəbər lenti