...

Azərbaycan XİN başçısı Norveçin yeni səfirini qəbul edib

Siyasət Materials 17 Yanvar 2007 19:06 (UTC +04:00)

Yanvarın 17-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Jon Rambergi etimadnaməsinin surətini təqdim etməsi münasibətilə qəbul edib. Bu barədə Trend ə Azərbaycan XİN Mətbuat mərkəzindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Norveç münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə genişləndirilməsi məsələləri müzakirə edilib, əlaqələrin daha da fəallaşması üçün böyük potensialın olduğunu bildirilib.

Nazir E.Məmmədyarov ölkəmizin son zamanlar hərtərəfli inkişafı və əldə etdiyi nailiyyətlər barəsində danışıb, Azərbaycanın xarici siyasətinin Avropa və Avro-Atlantik strukturlara inteqrasiyaya istiqamətləndiyini qeyd edib. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yönündə aparılan danışıqlar barədə qonağa məlumat verib, Azərbaycanın haqlı mövqeyinin dünya ölkələri tərəfindən dəstəkləndiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti