...

Avropa Bankı Azərbaycan "Millikart" MMC-nin səhmdarı olmaq istəyir

Siyasət Materials 19 Yanvar 2007 17:26 (UTC +04:00)
Avropa Bankı Azərbaycan "Millikart" MMC-nin səhmdarı olmaq istəyir

Avropa yenidənqurma və inkişaf Bankı (AYİB) "Millikart" məhdud məsuliyyətli Cəmiyyətinin səhmdarları sırasına daxil olmaqda maraqlıdır.

"Millikart"ın icraçı direktoru Cəlal Orucovun cümə günü Trend ə verdiyi xəbərə görə, prosessinq mərkəzinə yeni səhmdarların qəbul olunması üçün nizamnamədə dəyişikliklər etmək və Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək lazımdır.

"Bununla bağlı olaraq, 2007-ci ilin ilk yarısında təsisçilərin sayının artırılması məsələsinin nəzərdən keçirilməsi planlaşdırılır, belə ki, AYİB ilə yanaşı yerli banklar tərəfindən də maraq göstərilir",- deyə o söyləyib.

Hazırda Avropa Bankı ilə razılaşdırmalar keçirilir və təsis sənədləri müzakirə olunur.

AİYB-nın daxil olması ilə "Millikart"ın nizamnamə kapitalının artırılması nəzərdə tutulur. Hazırda o, 18 səhmdar tərəfindən 4 mln. manat həcmində formalaşıb.

"Millikart" MMC 2006-cı il iyulun 16-da təsis olunub. "Millikart" sərbəst qurum kimi fəaliyyətə 2006-cı il sentyabrın 2-də başlayıb.

Mərkəzin təsisçiləri Atabank, Azərdəmiryolbank, Azərtürkbank, Bank of Baku, CIBank Debütbank, Əmrahbank, Xalqbank, Kredobank, Azərbaycan Mikromaliyyələşdirmə bankı, Parabank, Rabitəbank, Bank Respublika, Bank Standard, Texnikabank, Turanbank, UniBank və Zaminbankdır.

Xəbər lenti

Xəbər lenti