...

Ötən il Gəncə şəhərində əhalinin sayı artıb

Siyasət Materials 20 Yanvar 2007 11:02 (UTC +04:00)

2006-cı ildə Gəncədə əhalinin sayı 0,8 faiz artıb. Bu barədə məlumatı Trendə Gəncə şəhər Statistika İdarəsindən veriblər.

Statistika İdarəsindən verilən məlumata görə, ötən il yanvar ayının 1-ə olan məlumata əsasən, Gəncə şəhərinin əhalisi 305 267 nəfər olub. Bu ilin yanvar ayının 1-də isə bu göstərici 2419 nəfər artaraq 307 686 nəfərə çatıb. Əhalinin 147 381 nəfəri kişi, 160 305 nəfəri isə qadındır.

Xəbər lenti

Xəbər lenti