...

Hökumət nümayəndəsi: "2007-ci ildə Azərbaycanda inflyasiyanın artım tempi birrəqəmli səviyyədə saxlanılacaq"

Siyasət Materials 23 Yanvar 2007 10:42 (UTC +04:00)
Hökumət nümayəndəsi: "2007-ci ildə Azərbaycanda inflyasiyanın artım tempi birrəqəmli səviyyədə saxlanılacaq"

2006-cı ildə istehlak malları və xidmətlər üçün tariflərin qiymətinin artım tempi 2005-ci illə müqayisədə 8,3% təşkil edib. Dövlət Komitəsindən Trend ə bildiriblər ki, bu dövr ərzində istehlak mallarının qiyməti 11,9%, qeyri-istehlak mallarının qiyməti 5,3%, xidmətlər üçün tariflər 2,6% artıb.

Azərbaycan Nazirlər Kabineti qiymət, iqtisadiyyat və kredit-maliyyə siyasəti şöbəsinin müdiri Oqtay Haqverdiyevin Trend ə bildirdiyinə görə, 2007-ci ildə inflyasiyanın artım tempinin birrəqəmli səviyyədə, yəni 9%-də saxlanması istiqamətində siyasət davam etdiriləcək.

O bildirib: "Bu yaxınlarda xüsusən enerji daşıyıcıları və kommunal xidmətlərin qiymətinin artmasına ramən belə, bu mümkün olacaq".

Dövlət Komitəsindən verilən məlumata görə, 2006-cı ilin dekabrında istehlak mallarının indeksi noyabrla müqayisədə 2,1% artıb, 2005-ci ilin dekabrı ilə müqayisədə isə 11,4% artıb. Dekabrda müvafiq olaraq istehlak mallarının qiyməti 2,8% və 16,1%, qeyri-istehlak mallarının qiyməti - 1,1% və 7,5%, xidmət sahəsində tariflər - 1,8% və 4,3% artıb.

Xəbər lenti

Xəbər lenti