...

RF Milli strategiya institutunun direktoru: 2006-cı ildə Azərbaycan Rusiyanın təsir dairəsindən tamamilə çıxıb

Siyasət Materials 25 Yanvar 2007 17:32 (UTC +04:00)
RF Milli strategiya institutunun direktoru: 2006-cı ildə Azərbaycan Rusiyanın təsir dairəsindən tamamilə çıxıb

2006-cı ildə Azərbaycan Rusiyanın təsir dairəsindən tamamilə çıxıb. Trend in xüsusi müxbiri xəbər verir ki, bu barədə bu gün Moskvada keçirilən mətbuat konfransında Milli Strategiya institutunun direktoru Stanislav Belkovski bəyan edib.

O qeyd edib ki, ötən ilin oktyabrında ölkə prezidenti İlham Əliyev Gürcüstanın blokadasını dəstəkləməkdən imtina edib, dekabrda isə Azərbaycan yanacaq defisitini ödəmək üçün mazutdan istifadə etmək niyyətində olduğunu bildirərək, Rusiya qazını almaqdan imtina edib. Stanislav Belkovski həmçinin bildirib ki, Azərbaycan 8 yanvar 2007-ci il tarixindən Novorossiysk vasitəsilə Azərbaycan neftinin nəqlinin dayandırıldığını bildirib, eləcə də Azərbaycanın hökumət orqanları 1 iyul 2007-ci il tarixindən ölkədə Rusiya telekanallarının yayımını dayandırmaq haqqında qərar qəbul edib.

Beləliklə, onun fikrincə, 2006-cı ildə Rusiya Azərbaycan və Gürcüstana təsir vasitələrindən məhrum olub, bu isə öz-özlüyündə "Rusiyanın bölgədə son şərti müttəfiqi - Ermənistan üçün böhranlı təhlükə amilidir, belə ki, hər şeyə əlavə olaraq, "qaz şantaj"ının səmərəsizliyi aşkar sübut olunub". Bundan başqa, politoloqun sözlərinə görə, ötən ilin iyul ayında açılmış Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri yaxın gələcəkdə Rusiyanın Mərkəzi Asiya neft nəqli marşrutunun əhəmiyyətini keyfiyyətcə azaldacaq. Bundan başqa, BTC-nin istismara verilməsi nəticəsində Rusiya Bosfor və Dardanel boğazlarında Türkiyə gəmiçiliyinin kəskin məhdudlaşmasının artan riski ilə üz-üzə durur.

Bundan başqa, Milli strategiya institutunun direktoru qeyd edib ki, 2006-cı ildə Lukaşenko bəzi ölkələr - Rusiya enerji ehtiyatlarının istehlakçıları ilə xüsusi münasibətlərin qurulmasına cəhd edib və Rusiyanı enerji sahəsində saxlamağa qadir olan tranzit ölkələrinin Belarusiya-Ukrayna-Azərbaycan kartelinin mümkünlüyündən danışıb. Politoloq vurğulayıb ki, bu məsələlər Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 17-18-də Minsk səfəri zamanı müzakirə olunub, noyabrın 23-də isə Ukrayna jurnalistləri ilə görüşdə Belarusiya prezidenti Ukrayna vasitəsilə Xəzər neftini Belarusiyanın neft emalı zavodlarına almaq istədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti