...

Azadlıq blokunun aksiyası baş tutmayıb

Siyasət Materials 26 Yanvar 2007 16:03 (UTC +04:00)
Azadlıq blokunun aksiyası baş tutmayıb

Müxalifətyönlü "Azadlıq" bloku Tarif Şurasının qərarına etiraz olaraq Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin qarşısında təyin etdiyi mitinq baş tutmayıb. Trend in məlumatına görə, polis aksiyanın qarşısını alıb. Bu zaman aksiya iştirakçıları ilə polis arasında qarşı durma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən AXCP sədrinin müavini Həsən Kərimov, Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, AXCP rəyasət heyətinin üzvü Fuad Qəhrəmanlı, AXCP gənclər təşkilatının sədri Seymur Həziyev və bir neçə nəfər saxlanılaraq, polis bölməsinə aparılıblar.

Hazırda Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin qarşısında polislər keşik çəkirlər və ərazidə sakitçilikdir.

Xəbər lenti

Xəbər lenti