...

Azərbaycanın kənd təsərrüfatı naziri ECO ölkələri kənd təsərrüfatı nazirlərinin III sammitinə dəvət olunub

Siyasət Materials 26 Yanvar 2007 18:10 (UTC +04:00)

İranın Azərbaycandakı səfiri Əfşar Süleymani Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasova ECO ölkələri kənd təsərrüfatı nazirlərinin Tehranda keçiriləcək III sammitinə dəvət məktubu təqdim edib. Bu barədə Trend ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfir nazirə məktubu İranlı həmkarı Məhəmmədrza İsgəndərinin adından verib. Görüşdə səfir kənd təsərrüfatı sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edərək bu məsələdə olan problemlərin aradan qaldırılmasının zəruri olduğunu bildirib. Diplomat həmçinin İranın iş adamlarının kənd təsərrüfatı sahəsində keçirilən tenderlərdə iştirakına yardım etmək təklifi ilə çıxış edib.

Azərbaycanın kənd təsərrüfatı naziri İrana səfər etmək dəvətini qəbul edərək, bu sahədə əməkdaşlığın inkişafı məsələləri üzrə İranın rəsmi şəxsləri ilə görüşlər keçirməyə hazır olduğunu bildirib. Nazirin fikrincə, İranın özəl sektor nümayəndələri özəlləşdirmə üçün açıq olan kənd təsərrüfatı sahəsində Azərbaycanla uğurla əməkdaşlıq edə bilər.

Xəbər lenti

Xəbər lenti