...

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri başlayır

Siyasət Materials 29 Yanvar 2007 11:42 (UTC +04:00)

Trend xəbər verir ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri başlayır.

Yanvarın 29-da İlham Əliyev Fransa prezidenti Jak Şirak tərəfindən qəbul ediləcək, daha sonra dövlət naharı keçiriləcək. Yanvarın 30-da Azərbaycan prezidentinin baş nazir Dominik de Vilpenlə naharı olacaq. Elə həmin gün İlham Əliyevin Senat prezidenti Kristian Ponsele və Milli Assambleya rəhbəri Jan-Lui Debre ilə görüşləri keçiriləcək. Bundan başqa, prezident xarici işlər naziri Filipp Dust-Blazi, müdafiə naziri Mişel Allio-Mari, kənd təsərrüfatı və balıqçılıq naziiri Dominik Bössero və veteranlarla iş üzrə səlahiyyətli nazir Xamlaui Mekaşera ilə görüşəcək.

Yanvarın 30-da Azərbaycan prezidenti İlham Əliyevin həmçinin Paris meri Bertran Delannoe ilə görüşü də planlaşdırılıb. Yanvarın 31-də Azərbaycan prezidenti Lillə yola düşəcək, burada onun Nord-Pa de Kale regionun seçmə şəxsləri və iqtisadi dairlərinin nümayəndələri ilə görüşü olacaq.

İlham Əliyevi səfər zamanı Azərbaycan hökumətinin bir neçə üzvü müşayət edəcək. Bu üzvlərin arasında xarici işlər naziri Ermar Məmmədyarov, iqtisadi inkişaf naziri Heydər Babayev, fövqəladə hallar naziri Kəmallədin Heydərov var.

Azərbaycan prezidentinin Fransaya səfəri zamanı aparılan görüşlərdə ikitərəfl münasibətlərin möhkəmləndirilməsi və Qafqaz regionunda vəziyyətin inkişaf etdirlməsi məsələlərinə toxunulacaq.

Səfər çərçivəsində həmçinin elmi tədqiqatlar, mülki təhlükəsizlik, turizm, ailə və qadınların vəziyyəti ilə bağlı sahələrdə əməkdaşlığa dair ikitərəfli razılaşmaların bir neçə layihəsi müzakirə ediləcək.

Azərbaycan prezidentinin Fransaya dövlət səfəri yanvarın 31-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti