Əvvəlki illərlə müqayisədə Azərbaycan seçicilərinin sayında artım qeydə alınıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.
O bildirib ki, hazırda ölkənin 125 seçki dairəsinin hamısında seçicilərin sayının dəqiqləşdirilməsi prosesi gedir. Mart ayının sonunadək seçici siyahılarının birinci nüsxəsi tərtib olunmalıdır. Məntəqə seçki komissiyaları siyahıları dairələrə, dairələr isə MSK-ya təqdim etməlidir. Yenidən siyahılar üzərində yekun dəqiqləşmə işləri aparılandan sonra bu proses mayın 30-dək tam başa çatmalıdır.
İ.Babayev qeyd edib ki, Azərbaycanda səsvermə hüququna malik olan vətəndaşların sayı 4 milyon 500 mindən artıqdır. Onun sözlərinə görə, son illərdə seçicilərin sayı təxminən 5-10 faiz artıb.