...

Küləyin törətdiyi dağıntılar Ağdam rayonundan da yan keçməyib

Siyasət Materials 29 Yanvar 2007 19:00 (UTC +04:00)

Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni tikilən evlərin 10-15-nin dam örtüyünü, o cümlədən qəsəbəyə çəkilən yeni elektrik xətlərinin dirəklərini külək aşırıb. Qəsəbədə məskunlaşan məcburi köçkünlər Trend ə bildiriblər ki, gecə saat 1-2 radələrində başlanan güclü külək elektrik naqillərini sıradan çıxarıb.

Bunun nəticəsində qəsəbədə içməli su problemi yaranıb, qəsəbəni su ilə təchiz edən artezianların elektrik enerjisi ilə təchizatı pozulub. Bu haqda Ağdam rayon İcra Hakimiyyətinə də məlumat verilib.

Ağdam rayon icra hakimiyyəti başçısının birinci müavini Çingiz Quliyev Trend ə bildirib ki, küləyin yaratdığı dağıntılar nəticəsində rayon ərazisində 50-yə yaxın evin dam örtüyü uçub. Bu evlərdən bir neçəsi məcburi köçkünlərin yaşadıqları evlərdir. Bununla bağlı müvafiq orqanlara müraciət olunub.

"Ağdam rayon İcra Hakimiyyətində Fövqalədə Komissiya yaradılıb və rayona dəyən ziyanın miqdarı hesablanır", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti