Türkmənistanın Transxəzər qaz kəmərinə qoşulması Rusiyanın Xəzərin dibindən karbohidrogenlərin nəqli məsələsində energetika siyasətindən asılıdır. Bu barədə Trend ə İctimai Maliyyə Monitorinqi Mərkəzinin (PFMC) rəhbəri İnqilab Əhmədov məlumat verib.
Ekspertin sözlərinə görə, Transxəzər layihəsi aktiv müzakirə olunur və çox güman ki, bu layihəyə Rusiya, İran və Türkmənistanın münasibətində aydınlıq müəyyənləşəndən sonra qaz kəməri tikilə bilər.
"Rusiyanın Transxəzər boru kəməri vasitəsilə Avropa bazarlarına enerji resurslarının ixracatına münasibətdə gələcək energetika siyasətindən bir çox şey asılı olacaq", - o deyib.
"Türkmənistanın Transxəzər boru kəmərinə qoşulması bilavasitə regiondakı hadisələrdən və Rusiyanın siyasətindən asılıdır", - deyə ekspert vurğulayıb.
Sualtı qaz kəmərinin tikintisinin ilkin dəyəri (xidmət və materiallara olan indiki qiymətlə) 11,5 milyard dollar qiymətləndirilir. Onun ötürücülük qabiliyyəti ildə 22 milyard kub metr qaz təşkil edə bilər.
Xəzər dənizinin statusu məsələsinə gəlincə, ekpert deyib ki, bu məsələnin həlli İran və Türkmənistanın mövqeyindən çox asılı olacaq. İnqilab Əhmədov həmçinin Azərbaycan və Türkmənistan arasında mübahisəli yataqların məsələsinə də toxunub.
"Bu məsələ dondurulub, problemin həll olunmasına gətirəcək danışıqlar prosesinə Türkmənistanın başlamaq arzusunda olmadığına görə kənara qoyulub" - deyə ekspert bildirib.
Azərbaycan Türkmənistanla Xəzər dənizinin statusunun həll olunmaması məsələsinə görə "Kəpəz" dəniz yatağının istismarına başlaya bilmir.