...

ABŞ-ın yüksək rütbəli hərbi məmurlarından ibarət nümayəndə heyəti Bakıya gəlir

Siyasət Materials 19 Fevral 2007 15:10 (UTC +04:00)

Fevralın 21-22-də ABŞ-ın yüksək vəzifəli hərbi məmurlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə Trend ə ABŞ səfirliyinin ictimai əlaqələr üzrə şöbəsinin rəisi Conatan Xenik bildirib.

Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər ki, səfər çərçivəsində fevralın 21-də nümayəndə heyəti ANAMA-nın Xanlar rayonundakı bazası ilə tanış olacaq, burada minalardan təmizləmə ilə bağlı işlə tanış olacaq, eləcə də heyətin təlim keçməsi və əhalinin mina təhlükəsi ilə bağlı maarifləndirilməsi ilə əlaqədar treninqlər keçirəcəklər. Fevralın 22-də nümayəndə heyətinin ANAMA direktoru Nazim İsmayılovla görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti